haberL haberR

Sünni-şiə fitnəsi yaratmaq istəyənlər xüsusi proqram əsasında işləyirlər

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 25.07.2016 10:39:26

“Əl Əzhər” şeyxi Əhməd Təyyib müsəlmanların vəhdətindən danışıb

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, Misirin “Əl Əzhər” universitetinin şeyxi Əhməd Təyyib, sünnü və şiə ruhanilərinə səslənərək bildirib: “Sünnilərin şiələr, şiələrin isə sünnülər tərəfindən öldürülməsinə qarşı fətva verməmək zəruridir. Müsəlmanların bir-birilərini öldürməyinin qarşısı dərhal alınmalıdır. “Əl Əzhər” olaraq məzhəblərin yaxınlaşmasının daima tərəfdarı olmuşuq. Bu mövzu bizim üçün çox önəmlidir. Şiə və sünnilərin arasında olan fitnəçilərə bəhanə verməməliyik. Onlar xüsusi proqram əsasında işləyirlər və müsəlmanlar arasında fitnənin yatmasının tərəfdarı deyillər.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.