haberL haberR

“Əl-Qaidə” Suriyada “İslam dövləti” qurmağı planlaşdırır

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 11.05.2016 11:52:17

Radikal qruplaşmanın lideri bütün radikalları birləşməyə səsləyib

İslamAzeri.az-ın “Islam-Today” saytına istinadən xəbərinə görə, terrorçuların lideri Ayman əz-Zəvahiri bildirib ki, “Əl-Qaidə” Suriya ərazisində öz İslam dövlətini yaratmağa israrlıdır. Onların sözlərinə görə, Suriya bütün müsəlmanlar üçün bir ümiddir. Və bu səbəbə görə də, Ayman bütün radikalları birləşməyə səsləyib. Üstəlik o bildirib ki, yeni dövləti xəlifəsi səs-vermə vasitəsilə seçiləcək.

Əl-Qaidə lideri öz bəyanatında “Nusra Cəbhəsi” terror təşkilatına fəaliyyət azadlığı verib, çünki bu təşkilat “Əl-Qaidəyə” ən yaxın təşkilat hesab edilir.

Xatırladaq ki, “Cəbhət ən-Nusra” İŞİD-i İslam dövləti kimi tanımır. Hər iki qruplaşma nüfuz uğrunda bir-biri ilə mübarizə aparırlar.

Hazırda Nusra Cəbhəsi Suriyanın İdlib əyalətinin böyük hissəsini nəzarət altında saxlayır və bəzi məlumatlara əsasən, təşkilat bu ərazini öz xilafətinin mərkəzi edə bilər.

“İŞİD” və Nusra cəbhəsi dəfələrlə birləşmək haqda danışıqlar aparıblar, lakin danışıqlar hər zaman uğursuzluqla nəticələnib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.