“Əl-Qaidə”: “Türk ordusu kafirdir, bu orduda xidmət edənlər də kafirdirlər”

İslamazeri.az “Taha Haber”ə istinadən xəbər verir ki, “əl-Qaidə” terror təşkilatının nüfuzlu simalarından olan Mahmud əl-Libi Türkiyə ordusu və bu orduda xidmət edənlərin kafir olduqlarını deyərək, türk tərəfdarlarına əsgərliyə getməməyə dair çağırış edib.
Əfqanıstandakı türk mənşəli “əl- Qaidə” tərəfdarları tərəfindən əl-Libiyə ünvanlanan suallara verdiyi cavablar təşkilatın “əs-Səhab” adlı media kanalı tərəfindən yayımlanıb.
Mahmud əl-Libi ona ünvanlanan sualları cavbalandırarkən Türkiyə ordusu və parlamentini kafir elan edib.
“Əl-Qaidə” liderlərindən Mahmud əl-Libi “Türkiyə və ona bənzər ölkələrdə ordu sıralarına qoşulmaq məsələsinə gəldikdə isə bu caiz deyildir. Çünki o mürtəd (dindən çıxmış) dövlətin ordusudur “, - deyə bildirib.
Seçkilərdə iştirak məsələsinə də münasibət bildirən əl-Libi bunun, seçkilərdə səs verməyin belə caiz olmadığını deyib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.