haberL haberR

"Əl-Qaidə" Yəməndə 15 nəfər hərbçini qətlə yetirib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 09.04.2016 15:07:49

Yerli sakinlərin verdiyi məlumata əsasən, qətl hadisəsi Əl-Qaidə tərəfindən zəbt edilmiş Əbyan əyalətinin Əxvar şəhərində baş verib

İslamazeri.az-ın Ria Novosti-yə istinadən verdiyi xəbərə görə, "Əl-Qaidə" terrorçuları Yəmənin cənubunda eks prezident Əbd Rabb Mənsur Hadiyə bağlı 15 nəfərə yaxın əsgər edam edib.

"Əl-Qaidə" Ərəbistan yarımadasındaki terrorçuları, Yəmənin cənub bölgələrində aktiv şəkildə fəaliyyət göstərirlər. Daha əvvəllərdə, ölkənin müvəqqəti paytaxtı olan Ədəndə hökümət qüvvələri ilə yaraqlılar arasında toqquşmalar baş verirdi.

Yerli sakinlərin verdiyi məlumata əsasən, qətl "Əl-Qaidə" tərəfində zəbt edilmiş Əbyan əyalətinin, Əxvar şəhərində baş verib. Əsgərləri güllələyərək qətlə yetiriblər.

Mənbənin verdiyi məlumata əsasən, daha 17 nəfər hərbçinin güllələnmədən sonra sağ qalma ehtimalı var.

Yəməndə Əbd rabb Mənsur Hadi ilə Şiə Husilər arasında silahlı münaqişə hələ də davam edir. Səudiyyənin rəhbərlik etdiyi koalisiya qüvvələri Hadini dəstəkləyir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.