haberL haberR

Əlcəzairdə terror: 4 nəfər həyatını itirib

Kateqoriya: Hadisə Yayımlama tarixi: 05.08.2016 20:14:49

Əlcəzairdə cümə günü baş vermiş partlayışda azı 4 nəfər həyatını itirib

İslamazeri.az-ın Sputnik agentliyinə istinadən verdiyi xəbərə əsasən, Əlcəzairin şimal-şərqində cümə günü baş vermiş partlayışda azı 4 nəfər həyatını itirib.

Şahidlərin sözlərinə görə, ölənlər  partlayıcı qurğunun üzərinə çıxmış maşının içərisində idilər. Məlumata əsasən, terrorçular partlayıcını Henşela əyalətinin Umm əl-Dulu rayonunda yerləşdirmişdilər.

Hərbçilər terrorçuların axtarışı məqsədi ilə ərazidə əməliyyat keçirirlər.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.