Eldəniz Quliyev “Qarabağın Həcəri”ni təkzib etdi: “Xocalıya getməmişəm”

Bu sözləri Modern.az-a açıqlamasında kinorejissor Eldəniz Quliyev deyib.
Qeyd edək ki, Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan ukraynalı pilot Kraveç Leonid Markoviç və “Qarabağın Həcəri” Səbirə Mahmudova 1992-ci ilin fevralın 28-də videoçəkiliş etmək üçün Xocalıya getmiş jurnalistlər arasında kinorejissor Eldəniz Quliyevin də olduğunu bildiriblər.
“Qarabağ müharibəsi zamanı çəkilişə çox getmişik. Amma sırf Xocalı faciəsi olan günü orada olmamışam. Ola bilsin ki, qarışdırırlar. Bir çox döyüşlərdə, çətin günlərdə mən Qarabağa getmişəm. Məhz Xocalı soyqırımı və sonrakı günlər orada olmamışam. Hər halda mənim gizlətməyimin mənası yoxdur. Yalan niyə deyim ki? Həmin gün əsas əziyyət çəkənlər Çingiz Mustafayev və Müdafiə Nazirliyinin operatoru olub. Özlərini təhlükəyə atıb ora getdilər”.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.