haberL haberR

“Elektron hökumət” portalında yeni onlayn servis işə salındı

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 27.05.2015 11:46:55

“Elektron hökumət” portalında yeni xidmət istifadəyə verilib

Məlumat Hesablama Mərkəzindən islamazeri.az-a verilən məlumata görə, “Onlayn konsultasiya” adlanan xidmət vasitəsilə vətəndaşların portala müraciəti zaman yaşana biləcək istənilən sual və problemlər dərhal yerindəcə öz həllini tapacaq. 

Sözügedən xidmətə daxil olaraq vətəndaş ad, soyadını, elektron poçt ünvanını qeyd etməli, sual və ya təkliflərin cavablanması üçün müvafiq istiqaməti seçməli, daha sonra müraciətini ətraflı şərh etməlidir.

Qeyd edək ki, “Onlayn konsultasiya” xidməti yalnız iş vaxtı xidmət göstərir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.