haberL haberR

Əli Əkbər Vilayəti yəmənli heyətlə görüşüb

Kateqoriya: Siyasət Yayımlama tarixi: 06.03.2015 15:13:52

Əli Əkbər Vilayəti dünən yəmənli heyətlə görüşüb

İslamazeri.az-ın "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, martın 5-də İran Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Tehrana səfər edən yəmənli heyətin başçıları ilə görüşüb. 

Yəmən heyətinin başçısı İran və Yəmən arasındakı tarixi və mədəni əlaqələrə diqqət çəkərək, deyib : 
"Ənsarullah" hərəkatı xalqın sabitlik, inam və iqtisadi inkişafa nail olmalarını istəyir, region ölkələrinin sabitlik və təhlükəsizliyin bərqərar olunması mövzusundakı əməkdaşlıqlarını inkar edilməz bir məsələ kimi qəbul edir". 

Əli Əkbər Vilayəti bu görüşdə iki ölkə arasındakı tarixi əməkdaşlığa diqqət çəkərək, Yəmən xalqının da İran xalqının İslam İnqilabı dövründəki kimi zülm qarşısında ayağa qalxdığını bildirib və bütün yəmənlilər tutduqları yolda müvəffəqiyyət qazanmalarını arzulayıb.

Əli Əkbər Vilayəti İranın Yəmən xalqına verdiyi şərtsiz dəstəyə  diqqət çəkərək sözələrinə davam edib:  

"İran İslam Respublikası müstəqil və güclü bir ölkə olaraq bütün regionun sabitliyi, təhlükəsizliyi və sülh istiqamətində səylərinə davam edəcək. Yəmənin daxili problemlərinə hər növ xarici  müdaxilənin edilməsi, Yəmən və bölgənin qeyri-sabitlik, inamsızlıq və gərginliyə sürüklənməsinə səbəb olacaq. Dünya və bölgə ölkələrinin Yəmən xalqının hüquqlarını və qlobal sabitliyini nəzərə alaraq, hər cür məsuliyyətsiz işdən çəkinəcəklərinə ümid edirik".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.