haberL haberR

Əli Nimrin anası Obamaya məktub yazdı (Foto)

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 15.10.2015 21:43:33

Ayətullah Baqir Nimrin qardaşı oğlu Əli Nimrin anası Barak Obamaya məktub göndərib

İslamazeri.az Səudiyyə mediasına istinadən xəbər verir ki, Səudiyyə rejiminin barəsində edam hökmü çıxardığı Ayətullah Baqir Nimrin qardaşı oğlu 21 yaşlı Əli Nimrin anası ABŞ prezidenti Barak Obamaya məktub göndərib.

Ananın göndərdiyi məktubda Səudiyyə rejiminin oğlu barədə çıxardığı ədalətsiz hökmdən və rejimin haqsız siyasətindən söz açılır. Əli Nimrin anası yazdığı məktubda Obama başda olmaqla, bütün dünyaya müraciət etdiyini söyləyir və oğlu üçün ədalət tələb edir.
Xatırladaq ki, illərdir Səudiyyə rejiminin həbsxanasında saxlanılan Ayətullah Baqir Nimrin qardaşı oğlu Əli Nimr sentyabr ayında edama məhkum edilmişdi. 
Şeyx Nimr tərəfdarlarının aylardır edam əlyehinə etirazlar keçirməsinə baxmayaraq, Səudiyyə rejimi bu qərarı qəbul etmişdi. Şeyx Baqir Nimrin 21 yaşlı qardaşı oğlu və eyni zamanda insan haqları fəalı Əli Nimr  2012-cü ilin may ayında həbs olunmuşdu. Səudiyyə rejiminə qarşı aksiyalara qatılan Əli Nimr terror təşkilatına üzv olma ittihamıyla həbs edilmişdi.

Əli Nimrin anası Obamaya məktub yazdı (Foto)

/haberimaj/habergaleri/8Y5K7T8W7G5K7M4B3E4K9P7W.JPG
  1. Əli Nimrin anası Obamaya məktub yazdı (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.