haberL haberR

Əli Rzazadənin "Yağış" romanının təqdimatı oldu (Foto)

Kateqoriya: Kitab həyatdır Yayımlama tarixi: 25.05.2015 11:00:00

“Kitabın satışından əldə olunan gəlir bir xəstə uşağın müalicəsinin xərclərinə sərf olunacaq”.

 

İslamazeri.az-ın təqdimatda iştirak edən əməkdaşının sözlərinə görə, ilahiyyatçı, şərqşünas Əli Rzazadənin yeni çapdan çıxmış “Yağış” romanının təqdimat mərasimi keçirilib.

Mərasimdə tanınmış ilahiyyatçılar, ədəbiyyatçılar iştirak ediblər. O cümlədən, AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Məmmədəli Babaşlı, Xəzər Universitetinin fəlsəfə kafedrasının müdiri Mail Yaqub, araşdırmaçı-yazar Fərid Abdullah, Quran qarisi Rəşad Ataş, şairə Gülnarə İsrafil qızı və digər ilahiyyatçı, ədəbiyyatçılar çıxış ediblər. Çıxış edənlər Əli Rzazadəni təbrik edib, ona ədəbiyyat sahəsində yeni-yeni uğurlar arzulayıblar.

Kitabın müəllifi Əli Rzazadə qeyd edib ki, 250 səhifəlik “Yağış” romanını 7 ay ərzində yazıb. Onun sözlərinə görə, belə bir kitabın oxucu auditoriyasına təqdim olunmasına böyük ehtiyyac var. Romanın daxilində müəllifin öz şeirləri də qeyd olunub: “Hazırda ölkəmizdə dini maariflənməyə böyük ehtiyyac var. Xüsusən də, xarici qüvvələrin təsiri nəticəsində İslam dini böyük təhriflərlə üzlənmişdir. Hər zaman da bu təhriflərin aradan götürülməsi üçün islahatlara ehtiyyac var. Təbii ki, İslam alimlərinin fikirlərinə əsaslanaraq islahatlar aparmaq lazımdır. Gənclərimizə milli-mənəvi dəyərlərin aşılanması, onların xurafat və mövhumatdan uzaq olmaları üçün fikirlərimi roman şəklində qələmə almağı düşündüm”.

Müəllif bildirib ki, romanın adını əsəri yazandan sonra qoyub. Çünki, əvvəlcədən romana hansı ad verməyi planlaşdırmayıb. O qeyd edib ki, kitabın sujet xəttindən ətraflı danışmaq istəmir. Çünki, bunun oxuculara sürpriz olmasını istəyir ki, oxucular özləri oxusun: “Biz ümumiyyətlə göydən nə yağırsa, ona yağış deyərik. Çünki, elə yağış kimi, qar da yağır, nağıllardakı kimi daş da yağır. Romanda da həm həqiqi mənada, həm də məcazi mənada yağış öz əksini tapıb. Yəni, rəhmət yağışından. Romanda dini və vətənpərvərlik mövzusundan da söz açılıb. Roman cəbhə bölgəsində xidmət edən Kənan adlı zabitin xidmətdə olarkən orada nurani bir şəxslə rastlaşmasından sonra həqiqi inancı öyrənməsindən bəhs edir”. 

Ə.Rzazadə qeyd edib ki, “Yağış” romanı artıq 25 may tarixindən kitab dükanlarında satışda olacaq. Onun sözlərinə görə, roman Azərbaycanın bir sıra ali təhsil ocaqlarının kitabxanalarına da təqdim olunacaq. Kitabın satışından əldə olunan gəlir isə xeyriyyə bir iş üçün sərfə olunacaq: “ Kitab ilk öncə Sumqayıt Dövlət Universitetinin, daha sonra Bakı Dövlət Universiteti və digər ali təhsil ocaqlarının kitabxanalarına təqdim olunacaq. Kitabın satışından əldə olunan gəlir isə bir xəstə uşağın müalicəsinin xərclərinə sərf olunacaq”.

Ə.Rzazadənin sözlərinə görə, romana birmənalı olaraq dini roman demək olmaz. Çünki orada həm dini, həm də vətənpərvərlik mövzusuna toxunulub. Bundan əlavə, əsərdə dini fikirlərə münasibət bildirilib. Bu səbəbdən kitaba dini kitab adı vermək olmaz: “Mən ümumiyyətlə şablon mövzulardan uzağam. Əgər bir mövzu dəfələrlə işlənibsə, daha ehtiyyac yoxdur ki, o mövzunu bir dəfə də sən qabardasan. Ona görə, aktual bir mövzu seçib üzərində işləmək lazımdır. Hansı ki, o mövzuya bu gün ehtiyyac var”.

Qeyd edək ki, ilahiyyatçı şərqşünas Ə.Rzazadə bundan əvvəl daha iki kitabın müəllifidir. Onun 2013-cü ildə DQİDK-nin rəsmi icazəsiylə çapdan çıxdığı “Nurdan zərrələr” kitabı Qurani-Kərimdə qadın obrazlarından bəhs edir.  Onun digər kitabı isə dünyanın bir çox ölkələrinin, o cümlədən, ərəb ölkələrinin kitabxanalarına paylanılan ərəbcə yazılmış “Xocalıya ədalət” kitabıdır.

Xatırladaq ki, ilahiyyatçı, şərqşünas Ə.Rzazadə “Həcc” dini-elmi jurnalının  təsisçisi və baş redaktorudur. 

Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

/haberimaj/habergaleri/8T5F7O8R7B4F.JPG
  1. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  2. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  3. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  4. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  5. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  6. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  7. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  8. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  9. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  10. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  11. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  12. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  13. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  14. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

  15. Əli Rzazadənin Yağış romanının təqdimatı oldu (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.