haberL haberR

Əli Şamxani Seyid Əmmar Həkimlə terrorla mübarizədən danışdı

Kateqoriya: Region Yayımlama tarixi: 10.07.2016 13:41:25

İranın milli təhlükəsizlik şurasının sədri Əli Şamxani Seyid Əmmar Həkimlə görüşüb

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Fəllucədə əldə edilən uğurlara görə təbrik edən Əli Şəmxani deyib: “Daxili vəhdətdən və xalq dəstəyindən istifadə etmək, terrorla mübarizə və Moslun təmizlənməsi üçün əlverişli variantdır. Dinc sakinlərə qarşı törədilən ağır cinayətlər terrorçuların əsəbindən xəbər verir.  ABŞ və müttəfiqləri, İraq və Suriyada olan terrorçuların məhvi üçün 7 illik proqram təyin etsələr də, İraq xalqı və təhlükəsizlik sistemləri bunun tez bir zamanda həll ola biləcəyini göstərdi. İran İslam Respublikası terrorçuların tam məhv olacağı günə qədər, İraq və Suriyaya verdiyi məsləhət dəstəyini davam edəcəkdir.”

Seyid Əmmar Həkim də öz növbəsində, İraqdakı daxili  vəziyyətlə bağlı İran rəsmisinə məlumatlar verərək deyib: “Ölkə daxili bəzi ixtilafların səbəbi xarici qüvvələrdir. Lakin İraq mərcəiyyətinin, dövlət və millətinin ayıqlığı sayəsində bu problemlər, vəhdətlə öz həllini tapır.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.