haberL haberR

Əlixan Musayev: DAİŞ-ə qoşulan şəxs həqiqi sələfi sayılmır

Kateqoriya: Münasibət Yayımlama tarixi: 25.05.2016 11:12:57

Sələfilərin liderlərindən biri olan Əlixan Musayev istənilən şəxs həqiqətən sələfidirsə, heç vaxt mənim kimi İŞİD-ə qoşulmaz
İslamazeri.az-ın "Yeni Müsavat"a istinadən verdiyi xəbərə görə, Sələfilərin liderlərindən biri olan Əlixan Musayev  İŞİD haqqında yenidən açıqlama verərək gündəmə gəlib. 
O deyib: "İlk günlərdən İŞİD barədə qəti mövqeyim olub. Bunun səs yazısı 35 mindən çox dindar tərəfindən dinlənilib. Qətiyyətlə İŞİD terrorunu pisləmişəm. Orada xüsusilə vurğulamışam ki, yer üzündə İŞİD-i dəstəkləyən alim yoxdur. Ona görə də biz bunun qətiyyətlə əleyhinəyik. Onlara qoşulan azərbaycanlılardan bizim heç bir xəbərimiz yoxdur. Onları, ümumiyyətlə, tanımırıq. Bu cür halların getdikcə artmasına səbəb savadsızlıqdır. Əgər insanlar öz dinlərini yaxşı bilsələr, bu oyunlara düşməzlər. İŞİD bir oyundur. Bunu bilməyən yoxdur. Azərbaycandan İŞİD-ə qoşulanların kimlər tərəfindən təşkil olunması barədə fikir bildirmək çətindir. Çünki bu barədə tam bilgim yoxdur. Bildiyimiz yalnız odur ki, gedənlər özbaşına gedirlər, yəni kimlərləsə məsləhətləşmirlər. Hətta bəzən gedənlərin valideynləri, yaxınları yanımıza gəlirlər. Cavabımız o olur ki, biz bu barədə nəsə edə bilmərik. Əgər bu şəxslər bizimlə məsləhətləşsəydilər, onlara Allahın və Peyğəmbərin tapşırıqlarını başa salardıq. Əsl cihad öncəliklə Xəlifənin, sonra ata-ananın halallığı, ən əsas da güc-qüvvət nəticəsində olur. Cihadın o qədər şərtləri var ki... Kor-koranə hansısa terror qüvvələrinə qoşulub, özünü təhlükəyə atmağın heç bir adı yoxdur. İŞİD apardığı müharibəni müqəddəs hesab edir. Elə düşünürlər ki, döyüşdə vuruşub şəhid olacaqlarsa, cənnətlikdirlər. Amma bilirik ki, cihadın olması üçün böyük alimlərin fətvası olmalıdır. Yer üzündə də elə alim yoxdur ki, İŞİD-in cihad olduğunu desin”.
 
Əlixan Musayev  bildirib ki,  həqiqi sələfilərin DAİŞ-ə qoşulmazlar.
“Əgər istənilən şəxs həqiqətən sələfidirsə, heç vaxt mənim kimi İŞİD-ə qoşulmaz. Tarixi oxusanız, görərsiniz ki, heç bir sələfi tarix boyu dövlətə qarşı çıxmayıb, belə terror qruplaşmalarına qoşulmayıb. Belə bir fakt yoxdur. Həqiqi sələfi yerində oturub, səbirlə proseslərin hara qədər gedəcəyini gözləyib. Ola bilər ki, İŞİD-ə qoşulan şəxs özünü sələfi adlandırsın, amma o şəxs həqiqi sələfi sayılmır. O, artıq radikal, yolundan çıxmış müsəlman sayılır”, - deyə sələfi lideri bildirib.
Qeyd edək ki, Əlixan Musayevin səs yazısı yayılmışdı .Əlixan səs yazısında  bu müsahibəsindəki kimi "heç bir sələfi tarix boyu dövlətə qarşı çıxmayıb" deməyərək "Orda gedən cihad oranın əhli üçün vacib, sənin üçün isə, "farzul kifayə"dir. (vacibi kafi). Əgər qorxursansa orda ölənlər şəhiddir, cənnətlikdir deməyə - əleyhinədə demə. Ayıbdır axı sənin üçün. Qiyamət günü o şəhidlərin hamısı sənin boğazından yapışacaqlar ki, niyə görə sən mənim haqqıma girirdin?" - bildirmişdi. Ətraflı
Onu da qeyd edək ki, sələfi lider bu müshibəsilə Suriyada döyüşən bütün azərbaycanlı sələfilərin sələfi olmamasını açıqlamış olur.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.