haberL haberR

Elmar Məmmədyarov ABŞ Dövlət katibinin köməkçisinin müaviniylə görüşüb

Kateqoriya: Siyasət Yayımlama tarixi: 23.06.2016 16:45:10

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinki qəbul edib.

XİN-dən İslamazeri.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, enerji, terrorizmə qarşı mübarizə, regional təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 4-cü Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri və keçirdiyi ikitərəfli görüşlərin münasibətlərin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib.

Bricet Brink ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini deyərək iki ölkə arasında strateji tərəfdaşlıq üzrə dialoq mexanizminin gücləndirilməsinin vacibliyini qeyd edib. O, ABŞ-ın iqtisadiyyatın şəxaləndirilməsi və qeyri-neft sektorunun inkişafı üzrə Azərbaycanın həyata keçirdiyi tədbirləri, o cümlədən regional nəqliyyat infrastrukturu layihələrini dəstəklədiyini bildirib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.