haberL haberR

Elmar Məmmədyarov İslam ümmətinin həmrəyliyindən danışdı

Kateqoriya: Siyasət Yayımlama tarixi: 25.08.2015 18:39:21

Xarici İşlər Naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bu haqda İslamazeri.az-a XİN-in məötbuat xidmətindən məlumat verilib.

Baş Katib İyad bin Amin Mədəni birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanı təbrik edərək, 2017-ci ildə keçiriləcəl İslam Həmrəylik Oyunlarının da eyni səviyyədə keçiriləcəyinə əminliyini vurğuladı.

Azərbaycanın İƏT-in üzvü kimi fəal rolunu yüksək qiymətləndirən baş katib ölkəmizin təşkilatın qarşısında duran iqtisadi, siyasi və humanitar hədəflərin həyata keçirilməsində verdiyi töhfələrinin təqdirəlayiq olduğunu qeyd etdi.

Azərbaycanın İƏT ilə əlaqələrinə xüsusi önəm verdiyini vurğulayan nazir Elmar Məmmədyarov İƏT-in üzv dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli mühit yaratdığını nəzərə çatdırdı. İslam ümməti daxilində həmrəyliyin vacibliyini qeyd edən nazir Elmar Məmmədyarov İƏT-in İslam dünyasının üzləşdiyi problemlərin müzakirəsi və həlli üçün vacib mexanizm olduğunu bildirdi.

Elmar Məmmədyarov İƏT tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzünün qəti şəkildə pislənilməsi, münaqişənin beynəlxalq hüququn prinsipləri, xüsusilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin dəstəklənməsinə dair mövqeyinin yüksək qiymətləndirdilyini diqqətə çatdırdı.

O, xüsusilə Avropada olmaqla, İslamafobiya meyllərinin artmasına münasibətdə narahatlığı ifadə edərək, Azərbaycanın bütün səviyyələrdə bu məsələni qaldırdığını qeyd etdi.

Görüşdə, həmçinin İƏT-in fəaliyyət mexanizmləri, prioritet istiqamətləri, qarşıdan gələn yüksək səviyyəli tədbirlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.