haberL haberR

Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu arasında telefon danışığı olub

Kateqoriya: Dünya Yayımlama tarixi: 03.08.2016 12:20:14

Xarici işlər naziri Elmar Məmmədyarovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

İslamazeri.az xəbər verir ki, Azərbaycan və Türkiyə xarici işlər nazirləri daimi əsasda təmas saxlayırlar. Bu xüsusda, 2 avqust tarixində Elmar Məmmədyarov və Mövlud Çavuşoğlu arasında növbəti telefon danışığı olub.

Telefon danışığı əsnasında nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid olan məsələləri müzakirə ediblər.

Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.

Mövlud Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.