Elşən Mustafaoğlu məhkəmədə ifadə verib

İslamazeri.az-ın "Virtualaz"-a istinadən verdiyi xəbərə görə, prosesə hakim Səbuhi Hüseynov sədrlik edib. Məhkəmə prosesi qapalı keçirirlib.
İlahiyyatçının vəkili Əfqan Məmmədov bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur: “Elşən Mustafoğlu bu gün sərbəst ifadə verib. O, özünü günahkar bilmədiyini, ona qarşı irəli sürülən ittihamların əsasız olduğunu deyib. Ortada onun günahını sübut edən konkret faktlar olmadığına görə, biz də onun günahsızlığını tam sübut etməyə çətinlik çəkirik. İttiham tərəfi ortaya konkret heç bir sübut qoymur. Aparılmış 1 il 6 ay ərzindəki istintaq zamanı onun göstərilən cinayət əməlini törətməsi barədə heç bir sübut əldə olunmayıb”.
Vəkil məhkəmənin qapalı keçirildiyini və istintaq sirrinin yayılmamasını əsas gətirərərk əlavə məlumat vermək istəməyib: “İnanın, bu işin üstü açılarsa biabırçılıq olacaq. Bu, boş xülyalarla hazırlanan cinayət işidir”.
Məhkəmə prosesi avqustun 2-də davam etdiriləcək.
Qeyd edıək ki, E.Mustafaoğlu hazırlıq iclası zamanı ləğv edilmiş MTN-də ondan Allahşükür Paşazadə və general Rövşən Əkbərovun əleyhinə ifadə almaq istədiklərini demişdi.
Xatırladaq ki, E.Mustafaoğlu 2014-cü ilin dekabr ayında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb.
E.Mustafaoğlu 2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub.
2007-ci ildə isə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.