haberL haberR

Elşən Mustafaoğlundan xəbər var

Kateqoriya: Ölkə Yayımlama tarixi: 29.06.2016 14:06:03

"Cinayət işində heç bir şahid, sübut yoxdur".

Həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Vəkil Əfqan Məmmədovun APA-ya verdiyi məlumata görə, yaxın günlərdə cinayət işi üzrə məhkəmə prosesi başlayacaq: “Biz cinayət işinin materialları ilə tanış olmuşuq. Cinayət işində heç bir şahid, sübut yoxdur. Hesab edirik ki, bu iş xitam olunmalı idi”.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.