haberL haberR

Elşən Mustafaoğlunun məhkəməsi başlayıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 12.07.2016 17:52:04

Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdirinin məhkəməsi keçirilib

İslamazeri.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəməsinin ilkin hazırlıq iclası keçirilib.

Məlumata görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası iyulun 19-a təyin olunub. 

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

O, 2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı kimi fəaliyyət göstərib. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.