haberL haberR

Elşən Mustafaoğlunun məhkəməsi başlayır

Kateqoriya: Ölkə Yayımlama tarixi: 05.07.2016 15:23:38

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi hazırlıq iclası keçiriləcək.

Cinayət işi hakim Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 12-ə təyin edilib.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndrilir

O, 2006-2007-ci illərdə "İctimai" TV-də kanalın ən populyar verilişlərindən olan "Cümə Söhbəti" verilişinin müəllifi və aparıcısı olub. 2007-ci ildə ANS TV-də "Allah Haqqı" verilişinin aparıcısı olub.(bizimyol.info)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.