haberL haberR

Elşən Mustafaoğlunun məhkəməsi: "Heç bir sübut yoxdur"

Kateqoriya: Ölkə Yayımlama tarixi: 09.08.2016 17:57:17

Məhkəmə prosesi avqustun 16-da davam etdiriləcək.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib.

Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə şahidlər ifadə verib. Vəkil bildirib ki, E. Mustafaoğluna qarşı irəli sürülən ittihamla bağlı hələlik heç bir mötəbər sübut yoxdur.

Məhkəmə prosesi avqustun 16-da davam etdiriləcək.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.