haberL haberR

Əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları azalıb

Kateqoriya: Sosial Yayımlama tarixi: 11.03.2015 12:40:31

Respublikada işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsinin müsbət nəticələrindən biri kimi, iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları kəskin şəkildə azalıb

Belə ki, fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı aşkar olunan gecikdirilmiş sosial xarakterli ödənişlərin ümumi məbləği ötən ilin fevral ayı ilə müqayisədə 2,8 dəfə azalaraq 16400 manat təşkil edib. 

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən islamazeri.az-a verilən xəbərə görə, bu vəsaitin 15421 manatı əmək haqlarından, 451 manatı zərərə görə ödənclərdən, 528 manatı isə sosial müavinət və kompensasiyalardan ibarət olub. Xidmət tərəfindən görülən konkret tədbirlər nəticəsində işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib. Qeyd olunan dövrdə əmək müqavilələrinə qeyri-qanuni xitam verilmiş 2 nəfər öz əvvəlki işlərinə bərpa olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.