Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nöqsanlar aşkarlandı

İslamazeri.az report-a istinadən bildirir ki, bu barədə Azərbaycan Hesablama Palatasının Əmək və Əhalinin Sosiala Müdafiəsi Nazirliyi və tabeliyində olan qurumlarda həyata keçirilmiş auditin nəticələri haqqında yaydığı məlumatda deyilir.
Hesabata əsasən, nazirlik tərəfindən maliyyələşdirilən sosial layihələrin hazırlanması və həyata keçirilməsi vəziyyətinə cari nəzarət, eləcə də müvafiq maliyyə-hesabat sənədlərinin qanunvericiliyə uyğunluğunun araşdırılması səlahiyyətləri dəqiq müəyyən edilməyib, dövlət sifarişləri üzrə müsabiqənin keçirilməsi zamanı sifarişlərin yerinə yetirilməsi sahəsində rəqabət mühitinin formalaşdırılması tam təmin olunmayıb. Həmçinin, xərclər smetalarının tərtibi zamanı qanunvericiliklə müəyyən edilmiş normalar əsas götürülməyib, kommunal xərclər üzrə vəsaitin məbləği real sərfiyyata uyğun proqnozlaşdırılmayıb.
"Tələbatın düzgün müəyyənləşdirilməməsi səbəbindən inventarların tələbata nisbətən artıq alınması, həmçinin keçirilmiş müsabiqələrdə müxtəlif qiymətlərlə müqavilələr bağlanılması səbəbindən səmərəsiz xərclərə yol verilib, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması tədbirləri üzrə ezamiyyə xərclərinin, həmçinin bəzi hallarda ümumrespublika yarışlarının təşkili ilə bağlı xərclərin mövcud normativ-hüquqi sənədlərdə müəyyən edilmiş qayda və normalarına riayət edilməyib, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunması və onlara bərabər imkanların yaradılması ilə bağlı keçirilən layihələrdə bir sıra hallarda maliyyə qaydalarına tam əməl olunmayıb", - deyə sənəddə qeyd olunub.
Palata yoxlamalar nəticəsində dövlət əsaslı vəsait qoyuluşu zamanı da nöqsanların olduğunu aşkar edib: "Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitlər üzrə layihə təkliflərinin verilməsindən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmayıb, yaşayış məntəqələrinin ərazi planlaşdırılması çərçivəsində müfəssəl planların hazırlanması və dövlət ekspertizasından keçirilməsi təmin edilməyib".
Həmçinin, hesabatda alınmış əsas vəsaitlərin icraçılar tərəfindən tam təhvil verilmədiyi, tikinti işləri tamamlanmaq üzrə olduğu halda yerinə yetirilən işlərin sifarişçi tərəfindən müvafiq qaydada rəsmiləşdirilməməsi səbəbindən debitor borclar yarandığı da qeyd edilib.
Hesablama Palatasının Kollegiyası Nazirlik və tabeliyində olan qurumlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib, icra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti və müvafiq təqdimatlar Nazirliyə və tabeliyində olan qurumlara, vergi öhdəliklərinin qanunvericiliyə uyğun dövlət büdcəsinə hesablanması və ödənilməsi vəziyyətinin araşdırılması məqsədilə müvafiq məlumat Vergilər Nazirliyinə göndərilib.
Palatanın Kollegiyasında müzakirə olunaraq təsdiq edilən hesabatda deyilir ki, audit tədbiri Nazirlik və seçmə üsulla müəyyən edilmiş 5 qurumun fəaliyyətini, 2014-cü il və 2015-ci ilin 9 ayı üzrə ümumilikdə isə 433,8 mln. manat məbləğində vəsaiti əhatə edib. Əhatə olunmuş vəsaitlərin 86,4%-ni məhz funksional fəaliyyət üzrə olmaqla "Sosial müdafiə və sosial təminat" xərcləri təşkil edib.
Qeyd edək ki, auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.