haberL haberR

Ən çox cərimələnən özəl klinikalar - (Siyahı)

Kateqoriya: Ölkə Yayımlama tarixi: 01.08.2015 14:21:40

Azərbaycan Səhiyyə Nazirliyi bu il ərzində böyük məbləğdə cərimələdiyi özəl klinikaların adlarını açıqlayıb
İslamazeri.az xəbər verir ki, nazirlikdən Trend-ə bildirilib ki, Azərbaycanda ümumilikdə bu ilin ilk 6 ayı ərzində lisenziyasız və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 tibb müəssisəsi 242 000 manat məbləğində cərimələnib.
 
Ən yüksək cərimələr "Diaqnoz" Tibb Mərkəzi, "Bioloji Təbabət", "Bakı", "Aysmed" və "Ömür" klinikalarına qarşı tətbiq edilib. "Diaqnoz" Tibb Mərkəzi, "Bioloji Təbabət", "Bakı" klinikaları 30 000, "Aysmed" və "Ömür” klinikaları 20 000 manat məbləğində cərimələnib. Qalan klinikalar isə 2000-6000 manat məbləğində cərimə edilib.
 
Səhiyyə Nazirliyi insanlara lisenziya olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlərin qeyd edilmədiyi müəssisələrə müraciət etməməyi, bununla özlərinin və yaxınlarının həyat və sağlamlığını təhlükə altına qoymamağı tövsiyə edir.
 
Xatırladaq ki, hazırda Azərbaycanda 650-dən çox özəl müalicə profilaktika müəssisəsi var.
 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.