haberL haberR

Ən çox satılan smartfonlar - (Siyahı)

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 18.01.2015 12:39:34

2014-cü ilin ən məşhur telefonu bəlli oldu
İsveçin portativ elektronika üçün çexol istehsalçısı “Krusell” ənənəvi ən çox satılan smartfon reytinqini dərc edib. Şirkət dekabr üzrə nəticələrini təqdim edib. 
 
“Krusell” hər bir model üçün şirkətdən sifariş edilmiş aksessuarların sayı haqda məlumatlara əsasən hesablama aparır. Statistika dünyanın 70-dən çox ölkəsi üzrə toplanılır. 
 2014-cü ildə üçüncü rübün əvvəlində təqdim edilmiş “iPhone 6” ən populyar smartfon adlandırılıb.
 
 “Sony Xperia Z2” modeli reytinqdə ikinci pilləni tutub. Bu aparat Braziliyada futbol üzrə dünya çempionatında yapon istehsalçısının reklam üzü olub ki, bu da “Xperia Z2” modelinə tələbatı artırıb.
 
“Sony” şirkətinin “Xperia Z1 Compact” qurğusu ötən ilin ən populyar smartfonları arasında üçüncü olub. 
 
“Samsung Galaxy S5” qabaqcıl smartfonu siyahıda dördüncü pilləni tutub. “Sony”nin “Xperia Z3 Compact” və “Xperia Z3” modelləri növbəti pillələrdə qərarlaşıb. 
 
“Apple iPhone 6 Plus” və “iPhone 5” smartfonları müvafiq olaraq reytinqdə 7 və 8-ci pillələri tutub. (İctnews.az)
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.