haberL haberR

"Ənsarallah" BMT-nin müzakirə təklifləri qarşısında "İran" şərtini qoydu

Kateqoriya: Siyasət Yayımlama tarixi: 20.05.2015 18:35:02

"BMT-nin 2216-cı qətnaməsində yer alan Bədruddin və Əbdulməlik Husinin adları beynəlxalq cəza siyahısından çıxarılsın!"

İslamazeri.az-ın “IRNA”-ya istinadən verdiyi xəbərə görə, Yəmənin "Ənsarallah" təşkilatı BMT-nin müzakirə təkliflərinə bir neçə şərtlə razılıq verib.

Təşkilat rəsmiləri tərəfindən yayılan bəyanatda, Yəmənlə əlaqəli olan hər bir müzakirədə İranın da iştirak etməsini şərt qoyub.

"Ənsarallah" həmçinin bu bəyənatda, Ərəbistanın Yəmənə etdiyi hücumları kəskin pisləyib və eyni zamanda BMT-nin qəbul etdiyi 2216-cı qətnaməsinə etiraz edərək Bədruddin və Əbdulməlik Husinin adlarının beynəlxalq cəza siyahısından çıxardılmasını tələb edib.

Təşkilat həmçinin, bütün dost ölkələrindən Yəməni dəstəkləmələrini və konstitusiyanı tamamlamaq və seçkilərin keçirilməsi yönündə onlara yardım etmələrini istəyib.

"Ənsarallah" təşkilatı istefa vermiş keçmiş prezident Mənsur Hadinin və onun barəsindəki hər hansı bir qətnaməni qeyri-qanuni addım adlandırıb. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.