haberL haberR

"Ənsarallah": 'BMT Səudiyyə rejimi ilə əlbirdir"

Kateqoriya: Siyasət Yayımlama tarixi: 22.06.2015 18:22:18

"Ənsarallah" təşkilatının siyasi şöbəsindən müzakirələr haqda açıqlama verilib

İslamazeri.az-ın “İRNA”-ya istinadən verdiyi xəbərə əsasən, Yəmənin “Ənsarullah” təşkilatı BMT-nin Səudiyyə Ərəbistanıyla əlbir olduğunu bildirib. 

Hərəkatın siyasi şöbəsindən bu haqda açıqlama verilib:

“Cenevrədə baş verənlər BMT-nin mənfi mövqeyindən xəbər verir. Onların apardıqları proses aydın deyil. Biz çaşqınlıq içindəyik. Ər-Riyad tərəfi atəşkəsi qəbul etmir. Cenevrə müzakirələrinin nəticəsiz qalmasının məqsədi atəşkəsdən sui-istifadə etmək istəyidir. Yəmən xalqı milli mənafeyi üçün istənilən addımı atmağa hazırdır. BMT nümayəndəsi sanki təzyiq altında idi və bu iş üçün münasib adam deyildi".


Xatırladaq ki, Həmzə əl-Husinin başçılığı ilə Cenevreyə müzakirələrə yola düşən Yəmən heyəti bir neçə günlük müzakirələrdən sonra həllsiz geri qayıtmışdı.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.