“Ənsarallah” lideri çıxış edib: "Bu 3 dövlət dünyada mütləq şərrin mənbəyidir"

İslamazeri.az-ın “Alalam”-ə istnadən verdiyi xəbərə görə, Məhəmməd Husi Yəmən xalqının Səudiyyə Ərəbistanı, ABŞ və İsraillə üz-üzə dayandığını qeyd edərək bildirib:
“Təcavüzlərin genişlənməsinə baxmayaraq, Yəmən xalqı ilk gündən müqavimət göstərir və Allaha təvəkkül etməkləri əsas güc mənbələridir. Bu döyüşlər ABŞ və İsrailin qərarı ilə başlayıb. Xalqımız bu təcavüzlər müqabilində heç vaxt təslim olmayacaqdır. Bu 3 dövlət dünyada mütləq şərrin mənbəyidir. Onların təcavüz və vəhşilikləri xalqın oyanmağına zəmin yaradır. Yəmən xalqı onları daha yaxşı tanıyacaqdır. Səudiyyə Ərəbistanı qonşuluq hörmətini qorumadı. Onlar Allahın söz açdığı yer üzündə fəsad törədənlərdir. Onların vəhşilikləri qüdrətlərinin yox, cinayətkar olmalarının göstəricisidir. Təcavüz artdıqca, könüllü xalq dəstələrinin sayı artdı. Onların bu addımı düşməni qorxuzdu və şok vəziyyətinə saldı. Bu dözümlülük olmasaydı, bəlkə də indi ölkəmiz ABŞ, “Əl-Qaidə”, İsrail və Ərəbistan arasında bölüşdürülmüşdü. Ərəbistan ölkəmizə hücum etməklə abrını apardı. Ölkədə öz həmvətənlərinə qarşı planlar cızanlar xaindirlər və məğlub olacaqlar. Onlar insaniyyətdən uzaqdırlar. Yəmən böhranının yeganə həll yolu danışıqlardır. Onlar sülh danışıqlarını ertələdilər ki, biraz daha işğalçılıq edə bilsinlər. Onlar Cenevrə müzakirələrini məsləhətləşmə halına çevirdilər. Çünki, həll yolunun tapılmasını istəmirdilər. Biz Allaha söykənmişik və hər meydanda bu təzavüzkarlarla mübarizəyə daxil olacağıq. Xalqımızın qələbəsi yoldadır”.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.