haberL haberR

"Ənsarallah" sülh müzakirələrinə qoyulan şərtləri qəbul etməyib

Kateqoriya: İslam Yayımlama tarixi: 22.05.2015 13:38:13

Yəmən “Ənsarullah”ı istefa vermiş dövlətin sülh müzakirələrinə qoyduğu şərtləri qəbul etməyib

İslamazeri.az-ın “Al-Məyadeen”-ə istinadən verdiyi xəbərə görə, bunu hərəkatın sözçüsü Muhəmməd Əbdus Səlam açıqlayıb.


Hərəkatın mövqeyini açıqlayan Əbdus Salam belə deyib: "Səud rejiminin Yəmənə hücumunun davam etdiyi bir vaxtda müzakirə masasına oturmaqdan söz belə gedə bilməz. Digər tərəfdən, Yəmənin istefa vermiş dövlətinin "Ənsarallah"ın müxtəlif bölgələrdən geri çəkilməsi və silahlarının təhvil verilməsi şərti qəbul olunmazdır. Biz hamılıqla düşmənin müqabilində duraraq izzətimizi qoruyacağıq”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.