haberL haberR

"Ənsarullah" BƏƏ rəsmiləri ilə görüşdən imtina edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 28.04.2016 14:20:13

Yəmənin “Ənsarullah” hərəkatı Birləşmiş Ərəb Əmirliyinin rəsmilərinin görüş təklifindən imtina edib.

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə görə, hərəkatın siyasi şurasının üzvlərindən olan Əhməd Əli Haşimi bu barədə mediaya məlumat verib.

Hərəkat rəsmisi deyib:“BƏƏ ölkənin istefa vermiş prezidenti Mənsur Hadinin siyasi legitimliyini tanımır, lakin digər tərəfdən bizdən və ölkənin digər siyasi hərəkatlarından istefa vermiş baş nazir Xalid Bəhhahı dəstəkləməyimizi istəyir. Biz də öz növbəmizdə elan etmişik ki, Səudiyyə Ərəbistanı və Amerikanın ölkəmizə təcavüzü sonlanmayana və əsirlərimizin azad olunmayacağına qədər bu barədə heç bir danışıqlara getməyəcik.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.