haberL haberR

"Ənsarullah": Hələ heç bir razılıqdan söz gedə bilməz

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 29.04.2016 11:54:16

Yəmənin “Ənsarullah” hərəkatının müzakirə heyətinin rəhbəri, müzakirənin son nəticələri barədə çıxış edib.

İslamazeri.az-ın "Əl Aləm"-ə istinadən verdiyi xəbərə görə, Muhəmməd Əbdus-Səlam yayılan bəzi şayiələrə aydınlıq gətirərək deyib: “Bəziləri 2 tərəfin artıq razılığa gəldiyini və ortaq iş qrafiki təyin etdiyini bildirirlər. Bunlar şayiədən başqa bir şey deyil. Hələ heç bir razılıqdan söz gedə bilməz. Müzakirələrdə atəşkəsin qeydə alınması ilə bağlı söhbətlər olunur, lakin hələ bu məsələni geridə qoya bilməmişik. Savaş dayandırılmasa heç bir məsələnin müzakirəsi mümkün olmayacaq.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.