haberL haberR

"Ənsarullah" hərəkatı müzakirələri tərk etməyib

Kateqoriya: İslam Yayımlama tarixi: 19.12.2015 14:09:46

Yəmənin “Ənsarullah” hərəkatı yayılan məlumatı təkzib edərək müzakirələri tərk etmədiklərini bildirib.

İslamazeri.az-ın “Farsnews”-a  istinadən verdiyi xəbərə görə, "əl-Ərəbiyyə" xəbər agentliyinin “Ənsarullah” hərəkatının müzakirələri tərk etməsini iddia etməsindən sonra, husilər bu xəbəri təkzib ediblər.

 

"Ənsarullah" rəsmiləri müzakirələri tərk edən tərəfin onlar olmayacağını bildiriblər: “BMT müzakirələri yarımçıq ışıqlandırır. Biz 2 məsələ barədə razılığa gəldik. Təəz şəhərinə yardım kampaniyalarının daxil olmasına icazə verilməsi və ümumi şəkildə Yəmən torpaqlarından sanksiyaların qaldırılması. Lakin BMT tərəfi ikinci məsələni ışıqlandırmadı. Müzakirələrdə olan nizamsızlıq Riyad nümayəndələri tərəfindən baş verir.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.