haberL haberR

"Ənsarullah" hərəkatı regiondakı son durumla bağlı çıxış edib

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 20.04.2016 13:56:28

Yəmənin "Ənsarullah" hərəkatı bölgədə olan son vəziyyətlə bağlı çıxış edib

İslamazeri.az "Əl Məsirə"-yə istinadən xəbər verir ki, "Ənsarullah" hərəkatının sözcüsü Yəməndə qeydə alınan atəşkəsin faktiki olaraq icra edilmədiyini bildirib.


Məhəmməd Əbdus-səlam bu barədə deyib: "Biz bütün çətinliklərə baxmayaraq xalqımıza qarşı olunan təcavüzlərin dayandırılması üçün addımlar atsaq da, qarşı tərəf yeni bir faciəyə əl atır. Dünən Yəmənin Səna şəhərinə olunan hücum nəticəsində 3 nəfər şəhid olub. Bu hücum atəşkəsin reallaşmadığının bariz nümunəsidir. Sözün açığı, atəşkəs elan olunduğu andan bəri Səud rejimi təcavüzlərinə davam edir."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.