haberL haberR

"Ənsarullah"dan Səudiyyəyə İslam əxlaqı dərsi: Daha 32 əsir tələbsiz azad edildi

Kateqoriya: Yaxın Şərq Yayımlama tarixi: 04.07.2016 19:36:16

Yəmənin "Ənsarullah" hərəkatı Səudiyyə Ərəbistanının 32 muzdlu döyüşçüsünü sərbəst buraxıb

İslamazeri.az-ın “ParsToday” saytına istinadən verdiyi xəbərə əsasən, "Ənsarullah" hərəkatı Ramazan ayı münasibəti ilə bir tərəfli şəkildə daha 32 səudiyyəli muzdlunu azadlığa buraxıb. Beləliklə, Ramazan ayının əvvəlindən Ənsarullah təşkilatı tərəfindən azad edilmiş səudiyyəli hərbçilərin sayı 716-ya çatıb.

Bu addım xoş iradəyə işarə və Yəməndəki münaqişənin humanitar aspektinin əhəmiyyətini nəzərə çarpdırmaq üçün atılıb.

Bu arada "Əl Ərəbiyə" maraqlı xəbər yazıb. TV-nin bildirdiyinə görə, Küveytdəki sülh danışıqlarında yəmənli nümayəndə heyətinə başçılıq edən, "Ənsarullah" hərəkatının mətbuat-katibi Muhəmməd Əbdüs-Sələm, ötən şənbə günü Səudiyyə Ərəbistanına yola düşüb. O, səfərin məqsədini Yəməndə daimi və hər şeyi əhatə edən hərbi əməliyyatların dayandırılmasını adlandırıb. 

Xəbər hələki təsdiq olunmayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.