haberL haberR

Ərdoğan 10 gün əvvəlki açıqlamasına zidd danışdı: "Nə şiə, nə sünni..."

Kateqoriya: Region Yayımlama tarixi: 07.04.2015 18:44:59 5709 dəfə oxunub.

Xəbər verildiyi kimi, Türkiyə prezidenti İrana rəsmi səfərə gedib

İslamazeri.az-ın verdiyi xəbərə görə, İranda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 10 gün əvvəlki açıqlamasına zidd çıxışı ilə yadda qalıb.

Belə ki, mart ayının sonunda Yəmənə hücumun başlandığı bir vaxtda Səudiyyə Ərəbistanına verdiyi dəstəyi açıqlayan zaman İrana qarşı açıqlamalar etmişdi.

Ərdoğanın etdiyi açıqlamalarda bu cümlələr diqqət çəkmişdi: "...Görürsənki DAİŞ (İŞİD) çıxdığı yerlərə şiələr yerləşir. Belə şey olarmı? Həqiqətən narahatlığa səbəb olacaq şeylər var..."

Bu gün isə Ərdoğan məzhəbçi çıxışdan fərqli bir çıxışla yadda qalıb: "İraq bizim üçün qan ağladığımız yerdir. Bu günə qədər orada 100 mindən çox insan həyatını itirib. Tarix qətl edildi. Eyni şəkildə Suriyada da 300 min insan öldü. Məni burada nə şiə maraqlandırır, nə sünni maraqlandırır. Məni müsəlman maraqlandırır. İnsan yaradılışın ən şərəflisidir..."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.