haberL haberR

Ərdoğan ABŞ-a gedərək Məhəmməd Əlinin dəfnində iştirak edəcək

Kateqoriya: Həyat Yayımlama tarixi: 06.06.2016 17:51:32

Türkiyə prezidenti adminstrasiyasının nümayəndəsi bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü ABŞ-a gedərək əfsanəvi boksçu Muhəmməd Əlinin dəfn mərasimində iştirak edəcək

İslamazeri.az-ın “Ria Novosti” saytına istinadən verdiyi xəbərə görə, Prezident Rəcəb Tayyib Ərdoğan Məhəmməd Əlinin cümə günü baş tutacaq dəfn mərasimində iştirak etmək üçün cümə axşamı günü təyyarə ilə uçaraq ABŞ-a yola düşməyi planlaşdırır.

Xatırladaq ki, Məhəmməd Əli cümə günü  Feniks xəstəxanalarının birində dünyasını dəyişib. Əlinin dəfn və matəm mərasimi iyun ayının 10-una təyin edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.