haberL haberR

Ərdoğan: Avropa İttifaqının Türkiyəyə qarşı mövqeyi qeyri-səmimidir

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.07.2016 10:05:34

"Biz artıq 53 ildir ki, Aİ-ın qapısı qarşısında dururuq və edam hökmünü də ləğv etmişik. Lakin nə dəyişib?"

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) fövqəladə vəziyyətin tətbiq edilməsinə görə tənqidçi mövqeyini və Ankaranın edam hökmünü bərpa edəcəyi halda ölkənin Aİ-yə daxil olma danışıqlarını dayandırmaq hədələrini qeyri-səmimi adlandırıb.

“Biz artıq 53 ildir ki, Aİ-ın qapısı qarşısında dururuq və edam hökmünü də ləğv etmişik. Lakin nə dəyişib? İstənilən demokratik ölkədə qərarlar vətəndaşlar tərəfindən qəbul edilir. Bəs xalq indi nə deyir? Xalq edam tələb edir... Əgər çevriliş cəhdi uğurlu olsa idi, o zaman minlərlə insan ölərdi. Buna laqeyd qalmaq olarmı? Cəmiyyətin mövqeyi birmənalıdır və onunla hesablaşmamaq olmaz. Şəxsən mən Aİ mövqeyini qeyri-səmimi hesab edirəm (doğru hesab etmirəm).”, – deyə Ərdoğan Almaniyanın ARD telekanalına bildirib.

O, çevrilişə cəhdi öz siyasi karyerasının ən kritik dövrü adlandıraraq əlavə edib ki, Türkiyə hökumətinin qərarı ilə 3 aylığına tətbiq ediləcək fövqəladə vəziyyətin uzadılması ölkədəki vəziyyətin nə cür irəliləcəyindən asılıdır. “Əgər o normallaşarsa, fövqəladə vəziyyət rejiminin uzadılmasına səbəb olmayacaq. Məsələn, Fransada çevrilişə heç bir cəhd olmayıb. Yalnız terror aktı baş verib. Həm də ki, miqyası Türkiyədə baş verənlərlə müqayisə edilməzdi. Bununla belə artıq 9 aydır ki, Fransada fövqəladə vəziyyətə qüvvədədir.”, – deyə Ərdoğan qeyd edib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.