haberL haberR

Ərdoğan Bakıya apreldə gələcək

Kateqoriya: Siyasət Yayımlama tarixi: 10.03.2016 17:28:08

Bu barədə Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşqun saytına açıqlamasında bildirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə Bakıya gələcək və BMT-nin sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edəcək. Bu barədə Türkiyənin Bakıdakı səfiri İsmayıl Alper Coşqun virtualaz.org saytına açıqlamasında bildirib.

Xatırladaq ki, Ərdoğan fevralın 18-də Türkiyə-Azərbaycan Yüksək Strateji Şurasının toplantısında iştirak etmək üçün Bakıya səfər etməliydi. Lakin Ankarada törədilən terror səfərin təxirə salınmasına səbəb oldu.

Səfir Ərdoğanın Bakıya əvvəl planlaşdırılan səfərinin onun Qlobal Forumda iştirakı ilə eyni vaxtda baş verəcəyini hələ dəqiq bilmədiyini deyib: “Bu məsələ Ankarada müzakirə olunur”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.