haberL haberR

Ərdoğan bu ay Azərbaycana səfər edəcək

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.02.2016 15:33:10

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bu il fevral ayının ortalarına planlaşdırılır.

Bu barədə APA-nın Türkiyə bürosuna prezidentin protokol idarəsindən bildirilib. İdarədən verilən məlumata görə, hazırda səfərin detalları dəqiqləşdirilir. Hələlik səfərin tarixi və müddəti məlum olmasa da, bu ayın ortalarında reallaşması nəzərdə tutulub.

 

Ərdoğanın səfəri zamanı Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.