Ərdoğan Cizrədəki terrordan danışdı

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkənin cənub-şərqində yerləşən Şırnak əyalətinin Cizrə şəhərində baş vermiş terror hücumundan sonra Türkiyənin terrorizmlə mübarizədəki qətiyyəti möhkəmlənəcək.
“Bu terror aktı separatçı terror təşkilatı olan PKK tərəfindən həyata keçirilib. O Ankara Türkiyədə və onun hüdudlarından kənarda terror təşkilatları ilə mübarizə aparan zaman baş verib, ölkənin və xalqın qətiyyətini bərkidəcək.”, - Türkiyə prezidentinin rəsmi saytında yerləşdirilmiş bəyanatında deyilir.
Onu sözlərinə görə, Türkiyə heç vaxt yol verməyəcək ki, ölkənin əmin-amanlığa əl uzadan terrorçular və həmçinin onların havadarları öz hədəflərinə çatsınlar.
Xatırladaq ki, bu gün səhər saatlarında Cizrədə polis idarə binası yaxınlığında yerləşən nəzarət-keçid məntəqəsində partlayış baş verib. Partlayış polis idarəsi binasını tamamilə dağıdıb. Terror aktı nəticəsində 11 polis həyatını itirib, aralarında 3 mülki vətəndaşın da olduğu 78 nəfər isə yaralanıb. Yaralılardan 4-ü ağır vəziyyətdədir. Yerli hakimiyyətdən bildiriblər ki, hücumu PKK terror təşkilatının kamikadze-terrorçusu minalaşdırılmış yük maşınından istifadə edərək həyata keçirib.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.