haberL haberR

Ərdoğan iki il öncə "izin vermişdim", bu gün "izni kim vermişdi?" dedi - Video

Kateqoriya: Siyasət Yayımlama tarixi: 30.06.2016 11:06:53

Türiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsraillə əlaqələrinin düzəlməsini tənqid edənləri hədəfə alıb

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsraillə əlaqələrinin düzəlməsini tənqid edənləri hədəfə alıb: "Bu addımların millətimiz və fələstinli qardaşlarımız üçün xeyirli olmasını diləyirəm. Türkiyə olaraq hansı addımı atsaq ataq, bu addım bilinməlidirki, hər zaman qarşılıqlı milətlərin qazanmasına yönəlmiş bir addımdr. Heç bir zaman addımı tək tərəfli düşünmədik. Yəni Türkiyə də, Rusiyada, Türkiyə İsrail də fayda əldə etməlidir. Bəziləri İsraillə olan olayları fərqli şəkildə yozurlar. Biz İsrai ilə əlaqələri niyə kəsmişdik? Olay məlum, duruşumuzda o gündən bu günə hansısa bir dəyişiklik oldumu? Olmadı. İndi Obamanın vasitəliyilə baş verən əlaqələrdə 3 tələbimiz var idi. Bunun birincisi üzr istəmək idi. O zamanın İsrail baş naziri Obamanın yanında üzr istədi. İsrail ilə görüşlərimiz oldu. Bunu niyə anladıram? Çünki, məsələni yozanlar var. İkinci tələbimiz təzminat idi. İsrail tərəfindən 10 şəhidimiz üçün (Mavi Mərmərə) 20 milyon dollar təzminat ayrıldı. İndi çıxıb "20 milyon nə demək, siz daha artığına layiqsiz" deyirlər. Bəyəm bu qadın rəqəmi olarmı?  Biz beynəlxalq bir miqyasda addım atırıq."

Ərdoğan İHH-yı daha sonra hədəfə alıb.

O "Siz durub Türkiyədən belə bir humanitar yardım aparırsız, günün baş nazirinə bu haqda soruşdunuzmu? Biz ora lazım olan yardımı onsuzda Qəzzaya göndərirdik. Fələstinə yardım edirik, amma bunları da beynəlxalq diplomatiya çərçivəsində edirik.", -deyə əlavə edib.

Qeyd edək ki,Türkiyə prezidenti çıxışı zamanı üçüncü tələbini dilə gətirməyib.

Onu da qeyd edək ki, İsrail tərəfi Ərdoğanın üçüncü tələbi - Qəzza embarqosunun aradan qaldırılmasını qəbul etməyib.

Xatırladaq ki, sosial şəbəkələrdə Ərdoğanın iki il öncəki çıxışında İHH-nı müdafiə etmiş "Biz izin verdik" demişdi.

Bu haqda Türkiyə sosial mediasında yayılmış videonu təqdim edirik:

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.