Ərdoğan İsrail və Türkiyə əlaqələrinin normallaşdırılmasına dair sazişi təsdiqləyib

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Ərdoğanın rəsmi saytında bildirilirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl ölkə parlamenti tərəfindən İsrail və Türkiyə münasibətlərinin normallaşdırılmasına dair ratifikasiya edilmiş razılığı təsdiqləyib.
Bu prosedurdan sonra razılıq rəsmi şəkildə dərc ediləcək və qüvvəyə minəcək.
Razılığa əsasən, İsrail Türkiyəyə 25 gün ərzində 2010-cu ildə "Mavi Mərmərə" hadisəsi ilə bağlı hadisəyə görə 20 milyon dollar kompensasiya ödəməlidir. Adıçəkilən hadisə ölkələr arasındakı münasibətlərin pisləşməsinə səbəb olub.
İsrail və Türkiyə iyun ayının 28-i münasibətlərin normallaşdırılmasına dair saziş imzalayıblar. Sənədin qüvvəyə minməsi üçün, onu hər iki ölkənin parlamenti təsdiq etməlidir.
Xatırladaq ki, 2010-cu ildə İsrail "komandosu" Qəzza sektorunun blokadasını yararaq hərəkət edən "Azadlıq flotiliyası" gəmilərini tutmuşdular. Hadisə nəticəsində gəmidə olan 9 türk həyatını itirmişdi.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.