haberL haberR

Ərdoğan: Obama mənə zəmanət vermişdi ki, kürdlər Mənbic ərazisinə daxil olmayacaqlar

Kateqoriya: Dünya Yayımlama tarixi: 02.09.2016 12:14:53

Obama buna dair mənə zəmanət vermişdi. Bu sənədlərlə qeydə alınıb.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ prezidenti Barak Obama Ankaraya Suriya kürdlərini özünümüdafiə qüvvələrinin Suriyanın şimalında yerləşən Mənbic şəhərini tutmayacaqlarna dair zəmanət vermişdi.

Daha əvvəl Suriya Kürdistanının Moskvadakı təmsilçisi Rodi Osman bildirmişdi ki, Türkiyənin kürdlərə Fəratın qərbini tərk etməsinə dair olan tələbinə baxmayaraq, kürdlər tərəfindən qurulmuş "Şimali Suriya və Rojava Federasiyası" və Suriya Demokratik Qüvvələrinin İŞİD terror təşkilatının əlindən geri aldığı Mənbic şəhərini tərk etməyəcəklər.

"Mənbic ərazisidəki əhalinin 90 faizini ərəblər təşkil edir. Digər etnik qruplar, kürdlər də həmçinin, orada azlıq təşkil edirlər. Mən bu haqda ABŞ prezidenti Barak Obamaya bildirərək, qeyd etmişdim ki, Suriya kürdlərinin özünümüdafiə qüvvələri ora girə bilməzlər. Elə o da buna dair mənə zəmanət vermişdi. Bu sənədlərlə (rəsmi şəkildə) qeydə alınıb.", - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyə XİN kürdlərə ultimatum verərək, onlardan Fəratın şərqinə doğru geri çəkilməyi tələb edib. ABŞ hökuməti Türkiyənin kürd qüvvələrinə endirdiyi zərbələri tənqid edərək Ankaranı İŞİD-lər mübarizə üzərində fikir cəmləşdirməyə səsləmişdi.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.