haberL haberR

Ərdoğan Obamaya Orlando hadisəsinə görə başsağlığı verib

Kateqoriya: Dünya Yayımlama tarixi: 16.06.2016 14:19:14

Türkiyə prezidenti ABŞ prezidentinə başsağlığı verib

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti amerikalı həmkarı Barak Obamaya Orlandodaki terror aktı ilə bağlı öz başsağlığını bildirib.

“Prezident Obama prezident Ərdoğanla telefonla danışıb. O (red. – Obama) Ərdoğandan 12 iyunda Orlandoda baş vermiş terrorla bağlı başsağlığı alıb. Hər iki lider zoraki ekstremizmim bütün formaları ilə mübarizəyə qarşılıqlı səy göstərdiklərini təsdiqləyiblər.”,  – deyə Ağ Evin açıqlamasında bildirilib.

Xatırladaq ki, ayın 12-si Orlandoda qey-klubda baş vermiş atışmada 49 nəfər öldürülüb, 53 nəfər isə yaralanıb. Hücumu etmiş Ömər Mətin polis tərəfindən zərərsizləşdirilib. Onun İŞİD-ə bağlı olduğu KİV-də bildirilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.