haberL haberR

Ərdoğan: "Ölüm cəzası haqqında qanunu imzalamağa hazıram"

Kateqoriya: Dünya Yayımlama tarixi: 08.08.2016 11:30:14

Türkiyədə son edam hökmü 1984-cü ildə icra edilib (həyata keçirilib).

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hərbi çevriliş cəhdinin iştirakçıları üçün ölüm cəzasının tətbiq edilməsi istəyini dəstəkləyir və əgər müvafiq qanunu ölkə parlamenti qəbul edərsə, onu imzalamağa hazırdır.

Bazar günü axşam saatlarında dövlət başçısı İstanbulda dövlət rəhbərliyinə dəstək üçün olan genişmiqyaslı mitinqdə çıxış edib. Mitinqdə dövlət rəhbərliyinin tərəfdarları və həmçinin müxalifət təmsilçiləri də iştirak ediblər.

“Bu gün siyasi partiyaların sədrləri buradadır. Hər kəs bilir ki, bu ölkədəki hakimiyyət, şübhəsiz ki, xalqa məxsusdur. Vətəndaşlar isə edam tələb edirlər. Bununla yanaşı bu cür tələbi gözdən keçirən instansiya – Türkiyə Böyük Millət Məclisidir (parlamentdir). Əgər parlament belə qərar qəbul edərsə, o zaman növbəti prosedurlar məlumdur. Əgər iş təsdiqlənməyə çatarsa, mən açıq şəkildə deyirəm – mən bu cür qanunu imzalayacam.”, - deyə Ərdoğan bildirib.

Xatırladaq ki, Türkiyədə son edam hökmü 1984-cü ildə icra edilib (həyata keçirilib). Avropa İttifaqına giriş standartlarına uyğun olmaq üçün 2004-cü ilin may ayında ölkədə ölüm cəzası ləğv edilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.