Ərdoğan Putin və Obama ilə G20 sammitində iki görüş keçirib

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ötən gün bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası və ABŞ prezidentləri Vladimir Putin və Barak Obama ilə Çində keçirilmiş G20 sammiti çərçivəsində Suriyanın şimalındakı vəziyyəti müzakirə etmək üçün əlavə danışıqlar aparıb.
"ABŞ və Rusiya başçıları ilə keçirilmiş ikitərəfli görüşlərdən sonra Ərdoğan onların hər biri ilə bir daha görüş keçirib... Türkiyə sərhəd rayonlarındakı terrorizm təhdidinin məhv edilməsi məsələsində tam dəstək alıb. Hazırda bu ərazini genişləndirmək lazımdır. Buna görə də müxalifət qüvvələri yeni-yeni ərazilər azad edərək Suriyanın içərisinə doğru irəliləyir.", - deyə Kalın bildirib.
O, əlavə edib ki, bugünkü hal nəzərə alınsa, İŞİD terror təşkilatı Türkiyə sərhədlərinə təhlükə yaratmır, belə ki, Türkiyə-Suriya sərhədi boyunca olan 90 kilometrlik sahə, hansına ki, daha əvvəl İŞİD nəzarət edirdi, o ərazilər artıq terrorçulardan azad edilib.
Kalın daha əvvəl bildirmişdi ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalıdan İŞİD terror təşkilatına qarşı keçirdiyi "Fərat Qalxanı" adlı əməliyyatı Rusiya və ABŞ tərəfindən etirazlara məruz qalmayıb. O, həmçinin Ərdoğanın Rusiya Federasiyası və ABŞ liderlərinə Qurban Bayramına qədər uzadılması şərti ilə 48 saatadək müddət üçün atəşkəs və Hələbdə hava zərbələrinin endirilməsinə dair təklifi haqda da xəbər verib.
Xatırladaq ki, Türkiyə ordusu avqust ayının 24-ü Suriyanın şimalında yerləşən Cərablus şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyata başlayıb. Əməliyyatın adı "Fərat Qalxanı"-dır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.