haberL haberR

Ərdoğan çevrilişə cəhdi saqqalın kəsilməsi ilə müqayisə etdi

Kateqoriya: Dünya Yayımlama tarixi: 30.07.2016 15:21:46

Satqınlar xəyanətlərinə görə, şəhidlər isə qəhrəmanlıqlarına görə xatırlancaqlar.

İslamazeri.az-ın RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə Respublikası prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədəki çevriliş tərəfdarlarının hərəkətlərini saqqalın kəsilməsi ilə müqayisə edib və qeyd edib ki, saqqal bundan sonra daha yaxşı uzanacaq.

“Onlar bizim saqqalımızı kəsmək istəyirdilər, lakin bundan sonra saqqal daha da sıx çıxacaq. Allah eləsin ki, biz bütün dağıntıları qısa zaman içərisində bərpa edək. Bərpaetmə layihələri tamamlanma mərhələsindədir. Satqınlar xəyanətlərinə görə, şəhidlər isə qəhrəmanlıqlarına görə xatırlancaqlar.”, – deyə Ərdoğan, DİN-in Ankaranın şəhər ətrafında yerləşən xüsusi əməliyyat mərkəzini ziyarət edərkən deyib. Qeyd edək ki, adıçəkilən məkanda qiyamçıların endirdiyi hava zərbəsi nəticəsində 50 polis əməkdaşı həyatını itirmişdi.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.