haberL haberR

Ərdoğan: Rusiya təyyarəsini vurmuş pilotlar Gülənlə əlaqəli ola bilərlər

Kateqoriya: Region Yayımlama tarixi: 21.07.2016 13:10:24

"Rusiya təyyarəsini vurmuş iki pilot, çevrilişə dair iş üzrə saxlanılıblar."

İslamazeri.az-ın rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, 2015-ci ilin noyabr ayında Rusiyaya məxsus Su-24 təyyarəsini vurmuş iki Türkiyəli pilot, ABŞ-da yaşayan və Ankara tərəfindən ölkədə çevrilişə cəhdin təşkilatında ittiham olunan Fətullah Gülənin gizli təşkilatı ilə əlaqəli ola bilərlər.

“Rusiya təyyarəsini vurmuş iki pilot, çevrilişə dair iş üzrə saxlanılıblar. Onlar Gülənin təşkilatı ilə əlaqəli ola bilərlər, lakin hələ bizdə sübutlar yoxdur, bunu məhkəmə təyin edəcək.” – Ərdoğan bildirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.