haberL haberR

Ərdoğan Rusiyanın Yaxın Şərq fəaliyyətindən narahatdır

Kateqoriya: Dünya Yayımlama tarixi: 05.10.2015 13:14:01

Türkiyə prezidentindən Rusiya və İrana sərt reaksiya

İslamazeri.az-ın "ABNA"-ya istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransaya səfər etməzdən əvvəl "Atatürk" hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Prezident Ərdoğan Rusiyanın Suriyadakı hərbi əməliyyatlarıyla bağlı suala, "Rusiyanın hazırda atdığı addımlar və xüsusilə Suriyadakı bombardmanı qəbul edilməz hal kimi hesab edirik. Bunu Rusiya prezidentinə həm Moskva səfərimdə, həm də bir neçə gün əvvəl telefon danışığı zamanı bildirmişəm. Təəssüf ki, Rusiya böyük bir səhv içindədir. Rusiya İran, İraq və Suriya ilə birlikdə addımlar atır. Təbii ki, biz bütün dəyərləndirmələrimizi aparırıq. Bu məsələ ilə bağlı həssaslığımızı bundan sonrakı prosesdə daha fərqli şəkildə ifadə edəcəyik"

Suriyada kürdlərin silahlandırılmasıyla bağlı sualı cavablandırarkən bunu terrorçu qrupların silahlandırılması kimi qəbul etdiyini bildirən Ərdoğan "Mən belə hesab edirəm ki, PKK və PYD eynidir", - deyə qeyd edib.

Ərdoğan ölkəsində 2 milyon suriyalının yerləşdirildiyi halda Avropanın cəmi 200 min qaçqını qəbul etməkdən qorxmasını "Amandır, səhədlərinizi açmayın, bizə gəlməsinlər" sözlərilə ifadə edib.

Orxan Mirzə / İslamazeri

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.