Ərdoğanın diplomunun saxta olması iddiası gündəmdə; əslində nə baş verir?

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyə prezident seçkilərindən öncə Anadolu Sülh Məhkəməsi təəfindən universitet diplomarının arxivinin araşdırılması qadağan edilməsilə bağlı qərarı üzə çıxandan sonra, sosial şəbəkələrdə " #DiplomasıDaSahte " haşdağı və etiketi gündəm olub.
Tanınmış jurnalist Ahmet Altan məsələ ilə bağlı "Siz diplomların araşdırılması üçün arxivin araşdırılması qadağan olan ölkə eşitdinizmi?" deyərək qeyd edib. Jurnalist bu iddanın yox edilməsi üçün diplomun üzə çıxarılmasının vacib olduğunu qeyd edərək "Bel' olan halda diplom təqdim edilməli deyilmi? Bizdə isə diplom arxivlərinin araşdırılması qadağan edildi..."
HDP lideri Demirtaş isə Ərdoğanın bu məsələni sübut etməli olduğunu bildirib: "Biri də çıxıb demirki, "Mən bunun universitetdə qrup yoldaşıyam, birlikdə oxuduq. Onunla oxuyanlara səslənirəm ki, deyin: "Birlikdə ora getdik, birlikdə yeməkxanaya girdik. Müəllimləri desin "Mən buna dərs verdim. Bir nəfər yoxdurmu, bununla foto çəkdirmiş olsun?" "Mərmərə Universitesi"nin diplom araşdırma linki mhkəmə qərarı ilə bağlanıb, girib baxmaq da olmur. Bir də mən, Prezidentliyə namizəd idim, qarşımdakı rəqibim hiyləmi işlətdi, bilmək mənim haqqımdır. Çətin bir şey deyil, qeydiyyatdan bunu çıxarın, ictimaiyyətdə tərəddüd qalmasın. Saxtakar olmadığından əmin olmaq istəyirik."
CHP-nin millət vəkili Murat Əmir isə maraqlı açıqlaması ilə gündəmə düşüb. Oda TV yazır: "Ərdoğan iddiaları susdurmaqla bağlı qəti addım ata bilmir, odur ki, biz də, daha çox narahat olmasın deyə Ərdoğanın timsalında ölkəmizin etibarı azalmamasına görə, prezident üçün ali təhsil şərtinin orta təhsil şəklində dəyişdirilməsini təklif etdik. Konstutusiyanın dəyişikliyi üçün, prezidentini sevən AKP-lilərin də imzalarını gözləyirik."
Əslində nə baş verir?
Mərmərə Universiteti Türkiyənin tanınmış və öndə gələn ali təhsil ocaqlarından sayılır. Məhz Mərmərə Universiteti də, Ərdoğanın 4 illik ali təhsil almasıyla bağlı açıqlamanı 2014-cü ildə etmişdi.
Lakin...
Lakin universitetin adı o dönəmdə Mərmərə Universiteti deyil, İstanbul İqtisadi və Ticarət elmləri akademiyası fakültəsi olduğu bildirilmişdi...
Rəsmi saytda isə Mərmərə Universiteti qeyd edilir...
"Vikipediya"nın türk dilində bu xəta aradan qaldırılsada, ingilis, rus, azərbaycanca və digər dillərdəki bölmələrdə Mərmərə Universiteti qalıb.
P.S. Məsələnin nə dərəcədə problem olmasını deyə bilməsək də, Türkiyə kimi yerdə bu cür məsələlərin gündəmdən çox gec düşməsini deyə bilərik...
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.