haberL haberR

Ərdoğanın nazir kürəkəni "hə" deməsə özəlləşdirmə baş verməyəcək

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.05.2016 18:34:21

Türkiyənin yeni baş naziri Ərdoğanın kürəkəninə böyük səlahiyyət verdi

İslamazeri.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Türkiyə hökümətinin iqtisadi qərarlarda ən böyük səlahiyyətə malik olan baş nazirin müavini Mehmet Şimşək bəzi səlahiyyətlərini itirib. Bu haqda Türkiyənin baş naziri qərar verib. Belə ki, bütün səlahiyyətlər baş nazirin əlində birləşib. Əvvəllər isə, baş nazirin müavini olan Şimşek bir çox iqtisadi səlahiyyətlərə malik idi.

Binəli Yıldırım bu səlahiyyətləri bölüşməməkdən çəkinərək, Ərdoğanın kürəkəni olan Enerji və təbii qaynaqlar naziri  Berak Albayrakı öz iqtisadi işlərlə bağlı idarə komandasına daxil edib. Belə ki, Albayrakın imzası olmasa iqtisadiyyatla əlaqəli, xüsusilə özəlləşdirmə sahəsində iş görmək mümkün olmayacaq. Məlumat rəsmi qəzetdə yayımlanıb və qüvvəyə minib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.